Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi - FOTO

Tanınmış aparıcıya nazirlikdə vəzifə verildi - FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə yeni təyinat olub.

Bu barədə nazirliyin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdiri Fazil Talıbov məlumat verib.

O bildirib ki, həmin vəzifəyə Murad Həşimov təyin olunub. 

Bununla bağlı Agentliyin İdarə Heyətinin sədri Vüqar Behbudov əmr imzalayıb. 

Murad Həşimov daha əvvəl "Mədəniyyət” kanalında "Xəbərlər”, "İnterAz” televiziyasında "Səhər xəbərləri” proqramlarının, "Araz” FM radiosunda "Səhər” buraxılışının aparıcısı işləyib.

Son təyinata qədər isə ARB TV-də "Yaşamaq gözəldir” və "Günə doğru” proqramlarının aparıcısı olub. 

Ötən il televiziya sahəsində fəaliyyətinə görə dövlət başçısı tərəfindən "Tərəqqi” medalı ilə təltif olunub.
 

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az