Tanınmış general-mayor da namizədliyini irəli sürdü

Tanınmış general-mayor da namizədliyini irəli sürdü

Azərbaycan ordusunun ləyaqətli və nüfuzlu hərbçilərindən biri, tanınmış general-mayor, keçmiş birləşmə komandiri (korpus komandiri) Qabil Məmmədov növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Miq.Az xəbər verir ki, general Qabil Məmmədov 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsüylə deputatlığa namizədliyimi irəli sürüb. 

Bu barədə general öz şəxsi feysbuk səhifəsində məlumat verib:

"Dəyərli dostlar!

Hamınızı salamlayır və qəbul etdiyim mühüm qərarım haqqında Sizləri məlumatlandırmaq istəyirəm. Belə ki, bir çoxlarınızın təkidli xahişini və ölkədaxili pozitiv dəyişiklikləri nəzərə alaraq, 73 saylı Lənkəran şəhər Seçki Dairəsindən, öz təşəbbüsümlə deputatlığa namizədliyimi irəli sürdüm. Bu qərar, bəlkə də həyatımda qəbul etdiyim ən məsuliyyətli qərarlardan biridir və onun mənəvi-psixoloji ağırlığını çiyinlərimdə hiss edirəm.

Sabahdan imzatoplama kampaniyasına start verməyi planlaşdırıram. İndiki imzatoplama dönəmində, sonrakı seçkiqabağı təşviqat və seçicilərlə görüş kampaniyasında, mənə dəstək vermək məqsədilə könüllü olaraq iştirak etmək istəyən bütün dostlarımızın təkliflərindən, aktivliyindən və həmrəyliyindən fərəh duyar və məmnun olaram.

Allah vətənimiz Azərbaycanı qorusun!"

Oxucuların nəzərinə çatdırıriq ki, general-mayor Qabil Məmmədov Azərbaycan Silahlı Qüvvələrində vətənpərvər zabit kimi tanınıb, onun haqqında ən yaxşı natiq general kimi hələ də danışılır.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az