Tanınmış klinikanın həkimi pasiyent tərəfindən döyüldü

Tanınmış klinikanın həkimi pasiyent tərəfindən döyüldü
Hadisə Xətai rayonu, Əhmədli qəsəbəsi, Sarayevo küçəsi 184-də yerləşən "Turan" klinikasında qeydə alınıb.

Miq.az ölkə.az-a istinadən xəbər verir ki, klinikada həkim işləyən, 1984-cü il təvəllüdlü Jalə Həsənova orada müalicə alan Fazilə Mahmudova tərəfindən döyülüb.
Zərərçəkən döyülmə faktı ilə əlaqədar 34-cü polis bölməsinə şikayət ərizəsi yazıb. Hazırda məhkəmə-tibbi ekspertizası təyin edilib.

Faktla əlaqədar polis bölməsində təhqiqat araşdırmalarına başlanılıb.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az