Tapdıq Əmiraslanovun XİLAS KƏMƏRİ ­ Kənd Təsərrüfatı nazirinin müavini postu

Tapdıq Əmiraslanovun XİLAS KƏMƏRİ ­ Kənd Təsərrüfatı nazirinin müavini postu
 
Dövlət başçısının sərəncamı ilə keçmiş gömrük generalı Nazim Məmmədovun fövqəladə hallar nazirinin müavini təyin edilməsi FHN rəhbərliyindəki düzəni bir qədər dəyişib. Fövqəladə Hallar Nazirliyinin nizamnaməsinə görə, 6 müavin postu olduğu halda bu sayın yuxarı olması da düşündürücüdür. Belə ki, hal-hazırda nizamnaməyə görə Fövqəladə Hallar Nazirinin  6 müavini olmalıdır. Nazim müəllimin müavin təyin edilməsi ilə isə müavinlərin sayını 7-yə çatdırır ki, bu da qanunvericiliyin pozulmasıdır. 

Qanun pozuntusunun qarşısının alınması üçün təbii olaraq müavinlərdən biri ixtisar olunmalı, vəzifəsi ilə vidalaşmalıdır. FHN-dəki qaynaqlar müavin postu ilə vidalaşacaq şəxsin Tapdıq Əmiraslanov olacağını iddia edir. Onun köməkçi vəzifəsindən birdən-birə fövqəladə hallar nazirinin müavini postuna təyin edilməsi də təəccüb doğurmuşdu. Hər halda, bir köməkçinin nazir müavini təyin edilməsi tarixdə görünmüş hadisə deyildi. Tapdıq müəllimin müavin işlədiyi illərdə də FHN-də rəsmi olaraq çox böyük işlərlə məşğul olmadığını hamı bilir. Ona qeyri-rəsmi olaraq bir-iki kiçik sahə tapşırılbmış ki, hazırda həmin sahənin də ondan alındığı bildirilir. 

Hal-hazırda T. Əmiraslanovun əsas işi ailəsinin biznesinə yardım etməkdən ibarətdir. FHN-ə isə demək olar ki, heç bir faydası toxunmur. Məhz buna görə ixtisara düşəcək müavin kimi o seçilib. Onun vəzifədən azad olunma barədə sərəncamının bu günə kimi hələ də imzalanmamasının səbəbi isə atası Əhliman Əmiraslanovun "yuxarılar”dan  etdiyi xahişlərdir. Son prezident seçkilərindən sonra yeni kabinet formalaşdırılarkən oğlunun nazir təyin olunmasına çalışan Əhliman müəllimin çabaları nəticə verməmişdi. İndi isə Ə. Əmiraslanov sevimli oğlu barədə vurulmuş kadr imici formalaşmamsı üçün ondan ötrü yeni post axtarışına çıxıb. 

Miq.Az-a daxil olan başqa bir məlumata görə, Göyçə mahalının nüfuzlu şəxslərindən olan Əhliman müəllim belə bir post da tapa bilib. Yaxın günlərdə Tapdıq Əmiraslanovun kənd təsərrüfatı nazirinin müavini təyin ediləcəyi gözlənilir.

Yazıda adları çəkilən şəxslərin də mövqeyini dərc etməyə hazırıq.

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az