Tatlısəsi sağaldan azərbaycanlı həkim - Onu siz də tanıyın!

Tatlısəsi sağaldan azərbaycanlı həkim - Onu siz də tanıyın!

Türkiyənin məşhur müğənnisi İbrahim Tatlısəs azərbaycanlı həkim Esmira Kazımovadan loqopedik dərslər alır.

Publika.az xəbər verir ki, bu barədə sosial şəbəkədə məlumat yayılıb.

Loqoped E.Kazımova 14 noyabr "Dünya Loqopedlər Günü” münasibətilə həmkarlarına təbrik mesajı yazıb. Həmin mesajda da İbrahim Tatlısəslə birgə işlədiyini qeyd edib:

"Bütün türk dünyasının səs imperatoru olan hörmətli İbrahim Tatlısəslə loqopedik dərslərə başlamağım çox qürurverici və şərəfli bir işdir mənim üçün. Çünki uşaqlıqdan bu səsi çox sevirəm və bunu məni tanıyanlar bilir. İbrahim Tatlısəslə dərsə başlarkən çox həyəcanlandım və bunu İbrahim bəy hiss etdi. Üçüncü seansda İbrahim bəy mənə "Məhəmməd peyğəmbərlə bağlı kəlamı bilirsən. Sən varsansa, bu işi bacarmasan da, mənim hocamsan. Sənin əziyyət çəkməyin mənə yetər. Özümdə irəliləmə çox görürəm və bu, mənə yetər. Hər kəs hoca ola bilər, amma hər kəs ustad ola bilməz. Sən ustadsan” dedi. İnanın, gözlərim doldu”.

Qeyd edək ki, İbrahim Tatlısəs 14 mart 2011-ci ildə İstanbulda silahlı hücuma məruz qalmışdı. Onun başından aldığı ağır güllə yarası bir neçə orqanının zədə görməsinə səbəb olmuşdu. Uzun müddət iflicdən əziyyət çəkən müğənninin həm də nitqində ciddi qüsur yaranmışdı

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az