Təbriz Yusubov: "Muğamımızı uçuruma aparırsınız..."

Təbriz Yusubov:
Təbriz Yusubov
kamança ifaçısı

Ölkənin birinci xanımı Mehriban Əliyevaya aşağıda qeyd etdiyim məsələ ilə bağlı rəsmi müraciət edəcəm. Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva Azərbaycanın sərvəti olan muğam sənətini yenidən dirçəltdi. Biz sənətə ilk addımlarımızı atanda ancaq yaşlı sənətkarları tanımışıq. O vaxt gənclər önə çıxa bilmirdi. Lakin indi meydanda yaşlı sənətkarlarla yanaşı gənc ifaçılar da fəaliyyət göstərir. Etiraf edək ki, günü-gündən gənclər yetişir, inkişaf edir. Bu şəraiti bizə Mehriban xanım yaradıb.

Amma indiki vəziyyətdə mən və mənim kimi digər instrumental ifaçılar onlara qarşı olan diqqətsizliyə görə həvəsdən düşürlər. Xarici səfərlərə bir-iki musiqiçidən başqa heç kimi göndərmirlər. Xanəndələrə diqqət və qayğı var. Onları xarici səfərlərə göndərirlər. Bəs yerdə qalan istedadlı instrumental (tar-kamança) ifaçılarını niyə göndərmirlər xarici səfərlərə? Səbəb nədir? Bizi bəyənmirsiniz?  Bu bəyənmədiyiniz tar-kamança ifaçıları Mehriban Əliyevanın dəstək verdiyi muğam sənətini gələcəyə aparan şəxslərdir. Siz onları həvəsdən salmaqla muğamımızı uçuruma aparırsınız.

Günahın bir ucunu Mədəniyyət Nazirliyində xidmət göstərən bəzi əməkdaşlarda görürəm.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az