Təcavüz edilən qızını öldürən ana MƏHKƏMƏ QARŞISINDA

Təcavüz edilən qızını öldürən ana MƏHKƏMƏ QARŞISINDA
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qızını qətlə yetirməkdə təqsirləndirilən Züleyxa Cəfərovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

Miq.az APA-ya istinadən xəbər verir ki, hakim Əhməd Quliyevin sədrlik etdiyi prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Məhkəmənin baxış iclası yanvarın 12-nə təyin edilib.

Qeyd edək ki, keçən il Sabunçu rayonunda yaşayan Z. Cəfərova evində 14 yaşlı qızı Ehsanə Cəfərovanı münaqişə zəminində boğaraq öldürüb. Qız anasına zorlandığını deyərək kömək istəyib, ana isə əvəzində qəzəblənərək qızını öldürüb. Qadının daha 2 övladı var.

Z.Cəfərova Cinayət Məcəlləsinin 120-ci maddəsi (qəsdən adam öldürmə) ilə ittiham olunur.
 
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az