Təcili: Bu gün ALNINDAN vurulan düşmən SNAYPERİ kimdir?- Arsen Alixanyan

Təcili: Bu gün ALNINDAN vurulan düşmən SNAYPERİ kimdir?-  Arsen Alixanyan

Əziz dostlar! Hörmətli həmkarlar!

Bildiyiniz kimi, bu gün gündüz saatlarında dövlət sərhədində atəşkəs rejimini pozan işğalçı Ermənistan Ordusunun bir hərbçisi ağır yaralandı.

İş elə gətirdi ki, biz Dövlət Sərhəd Xidmətinin (DSX) rəhbərliyinin icazəsiylə həmin anlarda hadisə baş verən yerin iki addımlığında idik. Və dərhal sərhədçilərimiz tərəfindən ölümcül vəziyyətinə salınan əsgərin kimliyi ilə maraqlandıq. Sosial media üzərindən elə ilğınc və maraqlı məlumatlar əldə etdik ki, sadəcə azca səbr etsəniz, bu yaramazın kimliyini siz də biləcəksiniz. Bu haqda bir qədər aşağıda.

Uzun müddət idi ki, Azərbaycanın mərd və qorxmaz əsgərlərinə müxtəlif istiqamətlərdən xaincəsinə atəş açan, bir əsgərimizi yanvarın 7-də Şəhid edən erməni snayperi Arsen Alixanyan adlı dığa, bu gün də yenə "qəhrəmanlıq" etməyə cəhd etdi və İGİD sərhədçi əsgərimiz tərəfindən yəqin ki, birdəfəlik sıradan çıxarıldı.

Son zamanlar erməni yaramazları DSX-nın ön xətti təmin edən nəqliyyat vasitələrinə davamlı atəşlər açırlar. Bu haqda sizlərin də məlumatınız var. Bu gün də, eyni ssenarı üzrə həmən kəskin atıcı Arsen Alixanyan və digər işğalçı qüvvələr saat 12:00 radələrindən başlamaqla Qazax rayonu istiqamətində Sərhəd Qoşunlarının sərhəd döyüş məntəqələri və arxa hüdudda hərəkət edən təminat nəqliyyat vasitələrini həm iri çaplı silahlardan, həm də snayper silahlardan istifadə etməklə Ermənistanın Noyemberyan rayonunun Boqanis kəndi yaxınlığında yerləşən mövqelərindən intensiv atəşə tutdular. DSX-nın rəhbərliyi dərhal Ermənistan Silahlı Qüvvələrinin bölmələrini susdurmaq üçün əsgərlərimizə qəti göstəriş verdi. Çox qısa bir zamanda adı yuxarıda qeyd olunan yaramaz erməni snayperi düz alnından vuruldu.

Artıq Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi mayor Şuşan Stepanyan hadisəni təqsdiq edib. Amma, hadisə haqqında bu qadın ətraflı məlumat verməsə də, sosial media vasitəsiylə öyrənə bildik ki, cavab atəşi ilə susdurulan erməni snayperi dərhal İrəvandakl hospitala aparılıb. Ermənistan MN-nin rəsmisi sosial media istifadəçilərinin erməni seqmentinin narahatçılığından dolayısı deyib ki, guya xəsarət o qədər də ciddi deyil. Sual olunur: əsgər həqiqətən də yaralanan snayperin vəziyyəti ciddi deyildisə, onda onun nədən təcili Ermənistan paytaxtındakı hərbi hospitala çatdırılmasına zərurət yaranıb və onun başında əməliyyat aparılıb?.

Hər dəfə olduğu kimi, bu dəfə də Ermənistan MN-nin rəsmiləri ən təcrübəli və qaniçən snayperlərindən birinin sıradan çıxmasını adi hadisə kimi qələmə verməyə çalışırlar.

Son günlər erməni əsgərləri xüsusən Tavuş rayonu istiqamətindən DSX-nın mərd və qorxmaz əsgər və zabitlərinə qarşı təxribatlar həyata keçirməyə çalışırlar. Lakin, görünən odur ki, hər dəfə onlar çox ağır bədəl ödəməli olurlar. Fürsətdən istifadə edib, DSX-nın daima ön xətdə olan general və polkovniklərinə, bütün şəxsi heyətinə möhkəm can sağlığı və uğurlarının davamlı olmasını arzu etmək istəyirəm. 

DSX rəhbərliyinin düşmənin təxribatlarına qarşı qətiyyətli və düşünülmüş addımları düşməni demorolizə dərəcəsinə çatdırıb. Son vaxtlar elə qürürverici və ürək açan İŞLƏR GÖRÜLÜB ki, bu haqda inşallah ayrı bir qeydlərimizdə toxunacağıq. Halal və eşq olsun Sizə, o möhtəşəm, misilsiz işlərinizə görə. Qürür duymaq lazımdır əsgərlərimizin ortaya qoyduqları o çoxsaylı işlərlə. Və çox istərdim ki, heç kim də o cür sərt şəraitdə görülən və görüləcək işlərlə bağlı ağız büzməyə cəhd etməsin. KİŞİLƏR gecə-gündüz lazım olanı edirlər və yaxın vaxtlarda elə şad xəbərlər eşidəcəyik ki, düşmən Ermənistan Ordusu ciddi təlatümlərlə rastlaşacaq.

Tanrı Azərbaycan ƏSGƏRİNİ qorusun!
 
Üzeyir Cəfərov
Hərbi ekspert
Ehtiyatda olan polkovnik-leytenant


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az