“Təcili” korona xəbəri yayıldı – Nazirlikdən reaksiya

“Təcili” korona xəbəri yayıldı – Nazirlikdən reaksiya
Koronavirus pandemiyası ilə bağlı "Təcili” başlığı altında sosial şəbəkələrdə növbəti şayiə yayılıb.

Axar.az xəbər verir ki, Votsap mesencerinə bir-birinin ardınca müxtəlif ünvanlardan göndərilən mesajlarda insanlara evə gələn həkimlərə qapı açmamaq, onların "peyvənd vurmasına” etiraz etmək, "yanındakı polisə” inanmamaq və imtina məktubu yazmaq tələb edilir. Səbəb də o göstərilir ki, guya peyvənd adı ilə insanları virusa yoluxdurmaq istəyirlər.

Maraqlı odur ki, bu mesajları sürətlə yayanlar, deyəsən, hələ koronavirusun peyvəndinin tapılmadığını unudublar.

Buna baxmayaraq, bu tip mesajlar təşvişə də səbəb olub.

Məsələ ilə bağlı saytımıza açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi mətbuat katibi Günel Gözəlova bildirib ki, koronavirus pandemiyası ilə əlaqədar olaraq son günlər insanların internetdən istifadəsi artıb:

"Hazırda hakerlər bu fürsətdən yararlanmağa çalışırlar. Saxta fişinq hücumları, saxta domenlərlə kampaniya və ianə adıyla insanları aldatmağa çalışırlar. Bu da o tip şayiə və dezinformasiyalardan biridir. Təşviş yaratmaqla nəyəsə nail olmaq istəyirlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi vətəndaşların mənbəyi dəqiqləşdirilməmiş bu tipli məlumatlara əhəmiyyət verməməyə, son dərəcə diqqətli olmağa çağırır. Vətəndaşlara bu cür hallarla rastlaşdıqda nazirliyin çağrı mərkəzinə, sosial media hesablarına məlumat vermələrini xahiş edirik”.

G.Gözəlova qeyd edib ki, məsələ ilə bağlı nazirliyin Elektron Təhlükəsizlik bölməsi araşdırma aparacaq.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az