Tehrana zərbə: Türkiyə İrandan qaz almaqdan imtina etdi - Müqavilə ləğv edildi

Tehrana zərbə: Türkiyə İrandan qaz almaqdan imtina etdi - Müqavilə ləğv edildi

Tehran rəsmiləri Türkiyənin İrandan qaz almadığını etiraf ediblər.
 
"Azad İran” xəbər verir ki, İran Ticarət Palatasının Enerji Komissiyasının sədri deyib: Enerji sahəsində yanlış siyasət və ölkə daxilində qaz istehlakının azalda bilməməsi İranı regionda enerji habı olmaq imkanından məhrum edib.
 
Həmidrza Salehi habelə bildirib: Ötən illərdə Türkiyə qaz təchizatını şaxələndirmək və bu sahədə təkcə Rusiyadan asılı olmamaq üçün İran qazını almaq üçün müqavilə imzaladı, hansı ki, qiyməti Türkmənistan kimi bir ölkədə qazın qiymətindən daha yüksəkdir. Amma Türkiyə Azərbaycan üzərindən Türkmənistan qazı da alır və beləliklə, İrandan qaz alışı müqaviləsini yeniləmədi.(kanal.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az