Təhsil nazirindən rektora - Ciddi xəbərdarlıq

Təhsil nazirindən rektora - Ciddi xəbərdarlıq

Bu gün Təhsil Nazirliyində ali təhsilə həsr olunmuş kollegiya iclası keçirilib.

"Qafqazinfo” xəbər verir ki, tədbirdə kollegiya üzvləri ilə yanaşı, nazirliyin müvafiq struktur bölmə rəhbərləri, ali təhsil müəssisələrinin rektorları iştirak ediblər.

Təhsil naziri Mikayıl Cabbarov kollegiya iclasında çıxış edərək məruzə olunan mövzularla bağlı fikirlərini bildirib. Toplantıda gündəlikdəki məsələlərə dair təklif və tövsiyələr səsləndirilib, müzakirələr aparılıb.

İclasın sonunda bir sıra cari təşkilati məsələlər müzakirə olunub, Bakı Slavyan Universitetində aparılan təmir işlərinə zəruri nəzarətin təmin edilməyərək qanunvericiliyin tələblərinin və icra intizamının pozulmasına görə həmin təhsil müəssisəsinin rektoru Nurlana Əliyevaya ciddi xəbərdarlıq elan edilib.
Xatırladaq ki, BSU-nun fasadında illərdir qorunan, Azərbaycanın şair və yazıçılarının təsvirlərini əks etdirən mozaikanın söküntüsü son günlər gündəmə çevrilmişdi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az