Təhsil şöbəsi müdiri faş oldu - Masallıda

Təhsil şöbəsi müdiri faş oldu - Masallıda

Masallı rayon təhsil şöbəsinin müdiri Astan İbişovla bağlı yeni iddialar ortaya çıxıb .

Arqument.Az-a daxil olan ilginc məlumata görə, təhsil şöbəsinin müdiri dövlət qurumunu az qala şəxsi mülkiyyətinə çevirib.

Rayon müəllimlərinin Arqument.Az-a göndərdiyi müraciətdə qeyd olunur ki, təhsil şöbəsinin müdiri hər məktəb direktorlarından demək olar, hər ay 150 manatdan pul alır. Əgər digər yeyinti hallarını nəzərə almasaq, Masallı rayonunda nə az, nə çox - 99 təhsil müəssisəsi var (63-ü orta, 32-si ümumi, 4-ü ibtidai olan 99 ümumtəhsil məktəbinin, 3 məktəbdənkənar təhsil müəssisəsi). Deməli, şöbə müdiri hər ay təkcə bu məktəblərdən 14 850 manat civarında pul toplayır ki, bu da ildə 178 200 manat təşkil edir.

Başqa bir ilginc iddiada bildirilir ki, Astan İbişov özünə Bakı şəhər Nərimanov rayonunda "Şərq Bazarı"nın yanında daha bir ev alıb. Hazırda həmin ərazidə iki evinin olduğunu deyən şikayətçilərin sözlərinə görə, İbişov 2 il bundan öncə də həmin ərazidə 150 min manata mənzil alıbmış. Evləri isə rayon maliyyə idarəsinin müdiri və bacanağı Azər Zeynalovla birlikdə alıblar. Yəni iki bacanaq təkcə, Masallıda deyil, həm də Bakıda qonşuluqda yaşamaq qərarına gəliblər.

Məlumatda o da vurğulanır ki, bir müddət Masallıda belə bir müzakirə gedirmiş: əməkhaqqısı 550 manat olan Astan İbişov və 640 manat olan Azər Zeynalov 150 min manata necə mənzil alıblar? Yəni Astan İbişov yeyib-içməsə və 35 il təhsil şöbəsinin müdiri işləyərsə, o zaman 150 min manatı yığa bilər. Amma indi bu müzakirə və sualların artıq cavabı bəllidir. Hər məktəblərdən və ümumilikdə təhsil şöbəsindən 20 mindən artıq pul qazanan bir məmur üçün təkcə Bakıda yox, dünyanın istənilən yerində ev almaq problem olmaz.

Məlumatı verən mənbənin sözlərinə görə, Astan İbişovla Azər Zeynalov əlbir şəkildə rayonun büdcəsi üzərində əsl talan siyasətini həyata keçirirlər. Belə ki, bu il yeni dərs ilində məktəblər üçün təkcə təbaşirin satın alınmasından ötrü "Dalğa-AA” MMC-yə 31 min mant vəsait ötürülüb ki, bu maxinasiyan da məhz adıçəkilən şəxslər həyata keçirib. Rayonda isə bu iki bacanağın fəaliyyəti hər kəsi narazı salıb.

Müraciətdə iddia edirir ki, bacanaqlar müalicə üçün hər il xarici ölkələrə gedirlər: "Azər Zeynlov 3 ildir ki, ardıcıl Almaniyada müalicə alır, istirahət edir. 3 il bundan öncə avtoqəza keçirən Azər Zeynalov demək olar ki, hər il Almaniyada müalicəsinə ən azı 30-35 min manat xərc çəkir. Maliyyə nazirliyi şöbə müdirinə müalicə üçün yardım göstərə bilər. Amma yerdə qalan 32 min manatı Azər Zeynlovun məhz büdcə təşkilatlarından aldığı "haqq" hesabına əldə etdiyi deyilir. Məlumatlı mənbəmiz bildirir ki, Masallı təhsil şöbəsinin müdiri Astan İbişovda dövlətdən oğurladığı pulları özünün xoş əyləncələrinə istifadə edir. Belə ki, şöbə müdiri ayda bir dəfə Bakı şəhərinə gələrək buradakı bəzi məmur dostlarına restoranlarda səxavətlə pullar xərcləyir". Müraciət müəllifləri yazırlar ki, təhsil şöbəsinin müdiri rayonun Təzə Alvadı kəndində özünə şəxsi təsərrüfat da yardıb. Belə ki, o, burada yüzdən artıq cins heyvan saxlayır. Həmin cins heyvanların bir qisminin isə sifarişlə İsveçdən gətirildiyi qeyd olunur.

Masallıdakı təhsil korrupsiyasının detallarını qeyd edən şikayətçilər A.İbişovun yüksəliş yolunun da qaranlıq olduğunu vurğulayırlar. İbişovun vəzifəyə də əyri yolarla yüksəldiyini deyən müraciət müəllifləri onun təhsilə biganə münasibətini də keyfiyyətli pedaqoq olmadığı ilə əlaqələndirirlər.

"Dövlət əmlakının mənimsənilməsinə gəldikdə isə son iki ildə Masallı təhsil şöbəsinin nəzdindəki kənd məktəblərinin cari təmirinə 600 min manata yaxın vəsait ayrılıb. Həmin vəsaitin yarısından çoxu məhz Astan İbişov, Azər Zeynalov tərəfindən mənimsənilib. Bundan başqa, bir çox kənd məktəblərində işləyən 700 yaxın müəllimlərin dərs saatları şişirdilmiş və onların adına yazılan artıq əməkhaqları birbaşa rayon təhsil şöbəsinin müdirinə çatır. Astan İbişov hər ay 700 yaxın müəllimin şişirdilmiş əmək haqqısından 42 min manat pul qazanır. Təhsil şöbəsi müdirinin ayda dövlətdən oğurladığı 42 min manatın yarısını onu kurasiya edən şəxslərə verir”, - müraciət müəllifləri yazırlar.

Bundan başqa, Masallı rayonunda müəllimə işləmək istəyən şəxslər Astan İbişov üçün 3000 manatından keçməyə məcburdurlar. Son iki ildə rayonun kənd və şəhər məktəblərinə ümumilikdə Astan İbişova hesab verərək 80 yaxın müəllim işə qəbul olunub.

Qeyd edək ki, Masallı təhsil şöbəsinin müdirinin icra başçısı Rafil Hüseynovla və bacanağı Azər Zeynalova arxalanaraq kənd məktəblərinin tikintisi zamanı həyata keçirilən maliyyə maxinasiyaları ilə bağlı da xeyli sayda iddia səsləndirirlir. Həmçinin təhsil şöbəsinin müdirinin " I Avropa oyunları” zamanı iki dəfə bütün rayon müəllimlərdindən 50 manatdan pul toplamağı və dövlətin rəsmi şəxslərinin adından sui-istifadə etməsi də, birmənalı qarşılanmayıb. Bununla bağlı artıq mediada da məlumatlar yayılıb.

Mövzu ilə bağlı araşdırmalarımız davam edir.

Yazıda adıçəkilən şəxslərin və qurumların da mövqeyini dərc etməyə hazırıq.



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az