Təhsil şöbəsinin müdiri dilə gəldi

Təhsil şöbəsinin müdiri dilə gəldi

Qızbəs Məmmədova Ağahüseyn Yaqubovu onun tutdurmadığını deyir; "Bu adam tüfeylidir” .

VİZUAL.az xəbər verir ki, Astara Rayon Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova rayonun Seləkəran rayon sakini Ağahüseyn Yaqubovun ittihamlarına cavab verib. Həmin cavabı olduğu kimi təqdim edirik.

"Astara Rayon Təhsil Şöbəsi, qəzetinizin son nömrələrin birində dərc olunmuş "Astarada məktəb tikintisinə ayrılmış 1 milyon manat hara xərclənib” təhsil şöbəsinin müdirini məhkəməyə verən həbs olundu” sərlövhəli yazı ilə əlaqədar aşağıdakıları bildirir. Ağahüseyn Yaqubovun təhsil şöbəsinin müdirini məhkəməyə verilməsi faktı yalandır. Ağahüseyn Yaqubov Astara rayonunun Seləkəran kəndində yaşayır və tüfeyli həyat keçirir. Ağahüseyn Yaqubov 2005-ci il 30 mart, 2007-ci il 14 noyabr, 2008-ci il 30 iyul və 2011-ci il 20 yanvar tarixlərində müxtəlif vaxtlarda məhkəmələrin hökmü ilə azadlıqdan məhrum edilib. A.Yaqubov 2015-ci ilin oktyabr ayında yenidən həbs olunub. Onun həbsi səbəbi haqqında təhsil şöbəsinin məlumatı yoxdur. A.Yaqubovun həbsinin təhsil şöbəsi ilə heç bir əlaqəsi yoxdur. Məlumat üçün bildirmək istəyirik ki, 2015-ci ilin aprel ayının 12-də prezident cənab İlham Əliyev Astara rayonuna növbəti səfərindən sonra xüsusi sərəncam imzaladı. Həmin sərəncama əsasən Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbinin binasının əsaslı təmiri üçün 2 milyon 500 min manat pul vəsaiti rayonun icra hakimiyyətinə ayırmışdır. Həmin vəsait tenderdə qalib olmuş tikinti təşkilatının hesabına köçürülüb. Həmin təşkilat məktəbin əsaslı təmirinə başlayıb. Onu da bildiririk ki, tikinti üçün ayrılmış vəsaitdən 1 milyon manat pulun mənimsənilməsi faktı yalan və böhtandır”.

Müraciəti Astara Təhsil Şöbəsinin müdiri Qızbəs Məmmədova imzalayıb və A.Yaqubovun məhkum olunması haqda məhkəmələrin hökmlərini də əlavə edib.

Qeyd edək ki, bu ilin oktyabrında "Yeni Müsavat”ın redaksiyasına gələn A.Yaqubov demişdi ki, Astaranın təhsil şöbəsinin müdiri Qızbəs Məmmədova təhsil nazirinin verdiyi sərəncamları icra etmədən, müəllimlərin vakant yerlərinə işə götürülməsi üçün məktəb direktorları və müəllimləri işə götürmək üçün 5-6 min manat təyin edir. İldə də məktəb direktorları vəzifələrində dəyişdirilir, 6-7 min manat rüşvət alır. A.Yaqubov Z.Bünyadov adına Astara şəhər 2 saylı tam orta məktəbinin binasının əsaslı təmiri üçün prezidentin ayırdığı vəsaitin 1 milyon manatının mənimsənildiyini də iddia etmişdi. Yazı dərc olunandan sonra isə A.Yaqubov Astarada həbs olunub.|Musavat.com



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az