Telman İsmayılovun qardaşı oğlunun həbsi ona təzyiq vasitəsidir – Fotolar

Telman İsmayılovun qardaşı oğlunun həbsi ona təzyiq vasitəsidir – Fotolar

Miq.az bildirir ki, yenicag.az saytı azərbaycanlı oliqarx Telman İsmayılovun qardaşı oğlu Zaur Mərdanov həbs olunması ilə bağlı xəbər yayımlayıb.


Belə ki, Zaur Mərdanov müğənni Avraam Russnu 2004-cü ildə biznesmen Telman İsmayılovun sifarişinə əsasən oğurlayıb və döyməkdə ittiham edilir.

Bu səbəbdən Mərdanov barəsində iki aylıq həbs qətimkan qərarı çıxarılıb.

Bizimyol.info sözügedən məsələ ilə bağlı bəzi məlumatlar əldə edib. Əldə olunan məlumatlara görə isə müğənni Avraam Russ Telman İsmayılovun qardaşı Ramiz Mərdanovun oğlu Zaur Mərdanov barəsində öz iradəsi ilə deyil hökumət nümayəndələrinin sifarişi ilə polisə şikayət edib.

Şikayət etdikdən dərhal sonra gecə saat 4 radələrində Zaur Mərdanov yaşadığı evdən polisə aparılaraq Moskvanın Basmannı rayon məhkəməsinin qərarı ilə iki aylıq həbs qərarı verilib.

Əldə etdiyimiz məlumatda deyilir ki, Zaur Mərdanovun 14 il öncə, yəni 20014-cü ildə adıçəkilən müğənniyə mübahisə zəminində vurduğu silləyə görə həbs edilməsi hökumətin Telman İsmayılova təzyiq vasitəsidir.

Xatırladaq ki, bir neçə gün öncə Telman İsmayılovun Rusiya Dövlət Qvardiyasının rəhbəri general Viktor Zolotovla görüşərək bəzi problemləri müzakirə ediblər.

Sözügedən fotoşəkili oxucularımıza təqdim edirik:
Telman İsmayılovun qardaşı oğlunun həbsi ona təzyiq vasitəsidir – FotolarTelman İsmayılovun qardaşı oğlunun həbsi ona təzyiq vasitəsidir – Fotolar

Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az