Temperatur 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ

Temperatur 3-5 dərəcə aşağı enəcək, yağış yağacaq - XƏBƏRDARLIQ
 Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti Azərbaycanda hava şəraitinin dəyişəcəyi barədə xəbərdarlıq edib. 

Nazirlikdən  verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında iyunun 17-si günün ikinci yarısından 19-u gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.
Azərbaycanın rayonlarında iyunun 16-sı axşam bəzi şimal və qərb rayonlarında, 17-si gündüzdən 19-u gündüzədək isə əksər rayonlarda hava şəraitinin qeyri-sabit keçəcəyi, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu ötən günlərlə müqayisədə 3-5° aşağı enəcək. Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimal olunur.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az