Ter-Petrosyan Paşinyanı təcili Qarabağdakı rejimə dəstək verməyə çağırdı

Ter-Petrosyan Paşinyanı təcili Qarabağdakı rejimə dəstək verməyə çağırdı

Ermənistanın eks-prezidenti Levon Ter-Petrosyan Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində son günlər baş verən hadisələrə dair bəyanat verib.


Miq.az virtualaz.org-a istinadən xəbər verir ki, o, Ermənistan hakimiyyətini "maksimal sürətlə və operativ şəkildə situasiyaya müdaxilə etməyə", Dağlıq Qarabağdakı qondarma rejimə dəstək verməyə çağırıb.

Levon Ter-Petrosyan əmindir ki, hərbi vəziyyətin hökm sürdüyü Dağlıq Qarabağ rəhbərliyinə təzyiqlərə yol vermək olmaz. Onun fikrincə Qarabağdakı vəziyyətin sabitləşməsi naminə eks-prezidentlər Robert Köçəryan, Serj Sərkisyan, habelə Arkadi Qukasyan və Samvel Babayan öz nüfuzlarından istifadə etməyə borcludur. Hətta hazırda həbsdə olan Samvel Babayanın bu məqsədlə dərhal azadlığa buraxılması lazım gəlsə belə.

Xatırladaq ki, ötən həftə işğal altındakı Xankəndində yerli "milli təhlükəsizlik xidmətinin" xüsusi təyinatlıları iki nəfəri döyüb xəstəxanalıq ediblər. Buna etiraz olaraq ermənilər küçələrə çıxıblar və saatlarla Xankəndinin əsas yollarını bağlayıblar. Qondarma "hakimiyyət" etirazçılarla danışıqlara gedib və günahkarları cəzalandırmaq vədini verib. Hazırda aksiyalar dayansa da vəziyyət gərgindir, ekspertlər Ermənistanda Nikol Paşinyanın liderlik etdiyi inqilabın Qarabağda da təkrarlana biləcəyi haqda danışırlar. Çünki Dağlıq Qarabağda sürən hərbi-kriminal rejim yerli ermənilər arasında ciddi narazılıq yaradıb.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az