Tərtərdə qanla yazılmış qürur gününün 30-cu il dönümü

Tərtərdə qanla yazılmış qürur gününün 30-cu il dönümü

Tərtərdə Azərbaycan tarixinə qanla yazılmış qürur gününün 30-cu il dönümünün qeyd olunması insan izdihamı ilə yadda qalıb.

Miq.Az xəbər verir ki, vahid rəhbərliyin sağlam ideyası uğrunda hər zaman yumruq tək bir olan tərtərlilər bu gün 20 yanvar faciəsi üçün bir araya gələrək qürurverici görüntülər sərgilədi. Müstəqillik fədailərinin anımı üçün toplanaraq izdiham yaradanlar arasında kiçik yaşlılardan tutmuş qocalara qədər hər kəs yer alırdı.

Ziyarətçilər arasında ordu birliyi komandiri, silahlı qüvvələrin generalı Hikmət Həsənov, rayon icra hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon ictimaiyyətinin nümayəndələri və ərazidə xidmət aparan N saylı hərbi hissənin şəxsi heyyəti də yer alıb.

Mərasim iştirakçıları rayon ərazisində yerləşən Şəhidlər abidəsini ziyarət edib, abidə önünə gül dəstələri düzüb , sayqı duruşu ilə faciə qurbanların öz ehtiramlarını bildiriblər.

Elgün Gəncimsoy



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az