Təyyarəsi yoxa çıxan futbolçunun son mesajları yayıldı: “Ata, çox qorxuram”

Təyyarəsi yoxa çıxan futbolçunun son mesajları yayıldı: “Ata, çox qorxuram”

Uelsin "Kardif Siti” klubu ilə müqavilə bağlayan və Britaniyaya uçduğu təyyarə yoxa çıxan Emiliano Salanın təyyarədən son mesajları üzə çıxıb.

Fanat.Az xəbər verir ki, argentinalı futbolçu "WhatsApp” vasitəsilə dostlarına səsli mesaj göndərib. O, səs yazısında təyyarədə vəziyyətin pis olduğunu bildirib:

"Salam, dostlar, necəsiniz? Çox yorğunam. Nantda bir çox işimi gördüm. İndi sanki dağılacaq şəkildə olan təyyarə ilə uçuram. Sabah artıq yeni komanda ilə məşqlərə başlayacam. Qardaşlar və bacılar, hər şey qaydasındadır? Əgər saat yarım ərzində məndən bir xəbər almasanız, onda məni axtarmaq üçün kimlərisə göndərəcəklərini bilmirəm, çünki məni bu vəziyyətdə tapa bilməzlər. Ata, çox qorxuram”.

Qeyd edək ki, İngiltərə Premyer Liqasa çıxış edən "Kardiff” Emiliano Salanı "Nant”dan 20 milyon avroya transfer edib. Fransa "Nant”ından ayrılan argentinalı hücumçu Kardiffə xüsusi təyyarə ilə yola salınıb. Təyyarə mənzil başına çatmazdan yarım saat əvvəl radardan itib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az