Tiflisin əsas prospekti bağlandı: Əhali etiraz edir

Tiflisin əsas prospekti bağlandı: Əhali etiraz edir

Gürcüstanın paytaxtı Tiflisdə hökumətə qarşı etiraza qalxan əhali bu dəfə Rustaveli prospektində yolu bağlayıb.

Miq.Az Sputnik-ə istinadən xəbər verir ki, əksəriyyəti gənclər olan aksiyada 3 minə yaxın insanın iştirak etdiyi deyilir.

Məlumata görə, aksiya təşkilatçıları, o cümlədən oraya gələn siyasətçilər 2 gəncin öldürülməsi olayının siyasiləşdirməməsi ilə bağlı çağırış edib.

Xatırladaq ki, ötən ilin dekabrın 1-də Tiflisdə 16 yaşlı David Saralidze və Levan Dadunaşvili mübahisə zamanı bıçaqlanaraq öldürülüblər. Məhkəmənin cinayəti törədən şəxsləri qismən təqsirli bilməsi ölənlərin ailə və yaxınlarının ciddi qəzəb və etirazına səbəb olub.

Onlara dəstək verən minlərlə şəxs dünəndən etibarən Tiflisdə aksiyalara başlayıb.

Dünən axşam saatlarında ölkənin baş prokuroru istefa verib, daha sonra isə baş nazir fövqəladə bəyanatla çıxış edib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az