Tokayev Astananın adının dəyişdirilərək Nursultan olmasını təklif edib

Tokayev Astananın adının dəyişdirilərək Nursultan olmasını təklif edib

Qazaxıstanın Prezidenti vəzifəsinin icrasına başlayan Kasım-Jomart Tokayev Qazaxıstanın paytaxtı Astana şəhərinin adını dəyişdirilərək Nursultan adlandırılmasını təklif edib. Bu barədə yerli KİV-lər məlumat verib.

"Paytaxtımız Prezidentimizin adını daşımalı və Nursultan adlanmalıdır" - deyə Tokayev deyib.

Bundan əlavə, Tokayev Nursultan Nazarbayevi dövlətdə mövcud olan bütün yüksək səviyyəli mükafatlarla təltif etmək təklifini verib.

"Hesab edirəm ki, hamı Elbasının (Millətin lideri - red.) dövlətimizin ən yüksək adlarına - "Xalık Kaharmanı" (Xalq Qəhrəmanı) və "Embek Eri" (Əmək Qəhrəmanı) mükafatlarına layiq olduğu ilə razılaşar", - Tokayev söyləyib.

Tokayev həmçinin Nazarbayevə "fəxri senator" statusunun verilməsini zəruri hesab edir: "Qazaxıstanın ilk Prezidentinin şəkilləri isə bütün ictimai yerlərdə icbari atribut olaraq qalacaq".

Miq.Az




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az