Tonoyan Azərbaycana gəldi və... - Qarabağda MÜHARİBƏ BAŞLAYIR? - FOTO

Tonoyan Azərbaycana gəldi və... - Qarabağda MÜHARİBƏ BAŞLAYIR? - FOTO

Ermənistanın müdafiə naziri David Tonoyan avqustun 30-da Xankəndinə səfər edib.

Publika.az Erməni KİV-inə istinadən xəbər verir ki, bu haqda Ermənistanın Müdafiə Nazirliyindən bildirilib.

Tonoyan Dağlıq Qarabağ separatçı rejimin "müdafiə naziri” Karen Abraamyan ilə görüşüb. Tonoyanın Abraamyanın müşayiəti ilə Dağlıq Qarabağın şimal və şərqdəki hərbi postlara baş çəkdiyi, əməliyyat-taktiki vəziyyətlə və hərbi mövqelərin möhkəmləndirilməsi üçün aparılan son işlərlə tanış olduğu bildirilir.

Erməni nazirin işğal altındakı Azərbaycan torpaqlarına səfəri rəsmi İrəvanın sülh danışıqlarına qarşı növbəti təxribatı kimi qiymətləndirilə bilər. Ekspertlər rəsmi İrəvanın bu kimi addımlarının yeni müharibə riskini artırdığını qeyd edirlər.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az