Tonoyan etiraf etdi: Ermənistan ordusunda koronavirus yayılır - 3 əsgər ...

Tonoyan etiraf etdi: Ermənistan ordusunda koronavirus yayılır - 3 əsgər ...

Ermənistan ordusunda kornavirusa yoluxma hallarının olduğu rəsmi təsdiqini tapıb.

Moderator.az erməni mənbələrinə istinadən xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında müdafiə naziri David Tonoyan özü bildirib.

Onun sözlərinə görə, silahlı qüvvələrdə koronavirus infeksiyasının yayılmasının qarşısını almaq üçün genişmiqyaslı tibbi-profilaktik işlər aparılır: "Buna baxmayaraq, orduya yoluxmanın qarşısını almaq mümkün deyil, çünki hərbi personalın əksəriyyəti mülki əhali ilə gündəlik təmasdadır. Martın 25-də döyüş tapşırıqlarına cəlb olunmayan bir hərbi hissənin üç hərbi qulluqçusundan nümunələr götürülmüşdür. COVID-19 testi nəticəsində onlara koronavirus diaqnozu qoyuldu”.

Tonoyanın sözlərinə görə, daha 32 hərbi qulluqçudan analiz üçün nümunə götürülüb.

Qeyd edək ki, son günlərədək düşmən ölkənin rəhbərliyi silahlı qüvvələrdə COVİD-19 virusunun yayılması barədə xəbərləri təkzib edirdi.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az