Tonoyan Ordumuzun işğaldan azad etdiyi Başkəndə baxıb

Tonoyan Ordumuzun işğaldan azad etdiyi Başkəndə baxıb

Ötən gün Ermənistan Müdafiə naziri Davit Tonoyan Başkəndin müşahidə edildiyi ərazilərdə olaraq mövqelərə baş çəkib. 

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Aprelin 13-də Tonoyan işgüzar səfərlə Ermənistanın şimal-şərq hissəsindəki hərbi hissələrdə olub. Ermənistan MN-in məlumatına görə, erməni nazir Başkənd (Başkənd — Azərbaycan Respublikasının Gədəbəy rayonunun inzibati-ərazi vahidində kənd. 1992-ci ilin 6-8 avqust tarixlərində milli ordumuzun keçirdiyi əməliyyat nəticəsində ermənilərdən azad edilib) yaşayış məntəqəsinin müşahidə edildiyi ərazilərdə olub. Tonoyana sərhəd zonasındakı əməliyyat şəraiti, görülən mühəndis istehkam işləri barədə məlumat verilib. 

Səfər çərçivəsində Ermənistanın şimal-şərq hissəsində dislokasiya olunan həbi hissələrdən birində Tonoyan Ermənistan silahlı qüvvələrinin yüksək vəzifəli zabit heyəti, yerli özünüidaretmə orqanın rəhbər nümayəndələrinin iştirakı ilə müşavirə keçirib. 

Təhlükəsizlik və arxa cəbhə təminatına dair bir sıra məsələlər müzakirə edilib. 

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az