Tovuzda avtomobil dərəyə aşıb, 8 nəfər xəsarət alıb
Tovuz rayonunda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.
Miq.Az-ın məlumatına görə, hadisə rayonun Kirən kənd ərazisində qeydə alınıb.
Hərəkətdə olan UAZ markalı avtomobilin idarəetmədən çıxaraq dərəyə aşması nəticəsində 8 nəfərin xəsarət aldığı bildirilir. Yaralılar xəstəxanaya aparılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.
Miq.Az