TOVUZDA SABİQ MƏHKƏMƏ SƏDRİ GÜLLƏLƏNDİ – FOTOLAR

TOVUZDA SABİQ MƏHKƏMƏ SƏDRİ GÜLLƏLƏNDİ – FOTOLAR
Tovuz rayonunda güllələnən sabiq məhkəmə sədrini xəstəxanada ölüb.
 
 "Report”un Qərb Mərkəzinin məlumatına görə, rayon sakini, 1963-cü il təvəllüdlü Ələkbərov Firudin Muxtar oğlunu həmyerlisi, 1959-cu il təvəllüdlü Şəmiyev Əli Məhərrəm oğlu güllələyib.
F.Ələkbərli 3 güllə yarası alıb və xəstəxanaya yerləşdirilib. Həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
"Report”un əldə etdiyi məlumkata görə, güllələnən F.Ələkbərli Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədridir. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.
Özünü vəkil kimi təqdim edən Firudin Ələkbərli Vəkillər Kollegiyasının üzvü olmayıb. Sadəcə nümayəndə kimi məhkəmələrdə təmsil olunub.
Hadisəni törədən Ə.Şəmiyev polis tərəfindən saxlanılıb. "Göl Əli” kimi tanınan şəxs Əli Şəmiyev Tovuz rayonunda məhşur "Qaz Qulu” adlanan gölün müdiridir. Rayonda çox imkanlı adam kimi tanınır.






İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az