Tramp ABŞ-ın 300 rus əsgərini öldürdüyünü ETİRAF ETDİ

Tramp ABŞ-ın 300 rus əsgərini öldürdüyünü ETİRAF ETDİ

ABŞ Prezidenti Donald Tramp Nyu Yorkda keçirilən xeyriyyə tədbirində dövlət sirrini ifşa edib.

Tramp tədbirdə F-18 tipli qırıcının pilotunun Suriyanın Deyr əz-Zor bölgəsində keçirilən əməliyyat zamanı göstərdiyi məharətdən ağız dolusu danışıb.

Tədbirdə iştirak edən şəxslərdən birinin məlumatına görə, Tramp hava hücumunun 10 dəqiqə davam etdiyini bildirib. Bu müddət ərzində isə 100-300 arası rusun öldürüldüyünü vurğulayıb.

Xatırladaq ki, 7 fevralda Deyr əz-Zor şəhərində ABŞ və Rusiyanın "Vaqner” özəl hərbi şirkətinin muzdluları arasında baş verən döyüş zamanı 300 rus muzdlusunun öldürüldüyü bildirilir.

Miq.Az





İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az