Trampın təyyarəsi üçün 24 milyon dollarlıq soyuducu təklif olundu

Trampın təyyarəsi üçün 24 milyon dollarlıq soyuducu təklif olundu
ABŞ Hərbi Hava Qüvvələri prezident təyyarəsi üçün alınacaq 24 milyon dollar dəyərində soyuducudan imtina edib.
 
Modern.az CNN-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Nümayəndələr Palatasının sədri Co Kortni bəyan edib.
ABŞ HHQ-nin nümayəndəsi məlumatı təsdiq edərək hazırki, müqavilədən imtinadan sonra yeni müqavilə bağlamaq planının olmadığını bildirib.
 
Kortni qərarın Dövlət departamentinin rəsmi nümayəndəsi Xizer Noyert və HHQ-nin komandanlığı ilə birgə qəbul edlibiyini də qeyd edib.
 
Qeyd edək ki, 2007-ci ilin dekabr ayında Boeing şirkəti ABŞ HHQ ilə prezident təyyarəsinin iki soyuducusunu dəyişmək üçün 23,6 milyon dollara müqavilə bağlayıb. Həmin soyuducuların "Boeing 757”yə hələ 1990-cı ildə quraşdırıldığı bildirilir.
 
Miq.az

İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az