Türkiyə-İran sərhədində kritik drum: Dronlar havaya qaldırıldı

Türkiyə-İran sərhədində kritik drum: Dronlar havaya qaldırıldı

İran vasitəsilə Türkiyəyə qanunsuz miqrant axının qarşısını almaq üçün sərhədlərdə tədbirlər gücləndirilir.

Miq.Az xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bölgəyə göndərilən 35 qrupdan ibarət 750 xüsusi əməliyyat polisi patrul, nəzarət və pusqu yolu ilə Van-İran sərhədini nəzarətdə saxlayır.

Qonşu ölkə ilə 295 kilometrlik sərhədi olan Vanda qanunsuz girişlərin qarşısını almaq məqsədilə modul tipli divarlar, xəndək qazma və gözətçi məntəqələrinin sayının artırılması işləri davam edir.

Təhlükəsizlik qüvvələri 4 metr dərinliyində və 4 metr enində 110 kilometr uzunluğunda xəndəklərin qazıldığı sərhəd xəttindəki ərazini nəzarətdə saxlayır.

50 zirehli maşınla sərhəd xəttində davamlı olaraq keşik çəkən və keçid məntəqələrini nəzarət altında saxlayan xüsusi əməliyyat polisi, dron və termal kameralarla bölgəni yoxlayır və texnologiyanın bütün imkanlarından istifadə edir.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az