Türkiyə ordusundan uğurlu əməliyyat: Başına 1.5 milyon TL qoyulan terrorist öldürüldü

Türkiyə ordusundan uğurlu əməliyyat: Başına 1.5 milyon TL qoyulan terrorist öldürüldü
PKK terror təşkilatının iki üzvü öldürülüb.

Cebhe.info xəbər verir ki, bununla bağlı Türkiyə Daxili İşlər Naziriliyi məlumat yayıb.
Məlumata görə, Tuncelidə təhlükəsizlik güclərinin həyata keçirdiyi əməliyat zamanı öldürülən hər iki terrorçu PKK-nın kritik adlarındadır.
Onlardan biri "mavi” kateqoriyada axtarılan Cəlal Kaya, digəri isə "narıncı” kateqoriyada axtarışa verilən Haydar Güldür.
Qeyd edək ki, Cəlal Kayanın öldürülməsi üçün 1.5 milyon lirə (415 min manat - müəl.) mükafat təyin edilmişdi. 
 
Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az