Türkiyə S-400-lərini bu mövqelərə yerləşdirəcək - Yunanıstana qarşı...

Türkiyə S-400-lərini bu mövqelərə yerləşdirəcək - Yunanıstana qarşı...
Türkiyə S-400-lərini bu mövqelərə yerləşdirəcək - Yunanıstana qarşı...

Şərqi Aralıq dənizində Yunanıstanla davam edən gərginlik fonunda Türkiyənin S-400 hava hücumundan müdafiə sistemlərini hansı bölgələrdə quraşdıracağı maraq dairəsindədir.

Publika.az xəbər verir ki, ehtiyatda olan Hərbi Hava Qüvvələri leytenantı Ərdoğan Qaraquş sistemlərin yerləşdirilə biləcəyi yerləri açıqlayıb.

"Batareyaların sayını 4-ə bölüb 4 müxtəlif nöqtədə yerləşdirə bilərik. Biri Qaz dağlarına, digəri cənubda Kaş, mərkəz bölgələr üçün isə Murad dağı ola bilər. Son batareya Ankaraya yerləşdirilir. Bu anlamda Ankara olduqca əhəmiyyətli yer mövqeyinə gəlib. Ölkənin bütün müdafiə sənayesi Ankaradadır. Bizim ən təhlükəsiz yerimiz "Mürtəd” meydanıdır. Təhdidə ən uzaq yer də oradır. Buna görə də bizə zaman qazandırar. Oranın da yenidən fəaliyyətə keçirilməsi önəmlidir”, - hərbçi bildirib.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az