Türkiyə vətəndaşları prezident seçirlər - Səsvermə başladı

Türkiyə vətəndaşları prezident seçirlər - Səsvermə başladı

Azərbaycanda yaşayan Türkiyə vətəndaşları iyunun 17-də keçiriləcək parlament və prezident seçkilərində səsverməyə başlayıblar.

Trend-in məlumatına görə, səsvermə Türkiyənin Bakıdakı səfirliyində, Gəncə və Naxçıvan konsulluqlarında keçirilir.

Məlumat üçün bildirək ki, bu gün Azərbaycanla yanaşı İran, İraq, İrlandiya, İspaniya, Misir, Serbiya və Özbəkistanda yaşanan Türkiyə vərəndaşları səsvermədə iştirak edirlər.
Qeyd edək ki, daha öncə Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral açıqlamasında Azərbaycanda 4500 Türkiyə vətəndaşının səsvermə hüququna malik olduğunu bildirib.

Qeyd edək ki, Türkiyədə iyunun 24-də növbədənkənar parlament və prezident seçkiləri keçiriləcək. Seçkilərə 10 siyasi partiya qatılacaq.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az