Türkiyədən Yunanıstan və Ermənistana – Cavab

Türkiyədən Yunanıstan və Ermənistana – Cavab

Türkiyə Xarici İşlər Nazirliyi Yunanıstan və Ermənistan liderlərinin səsləndirdiyi fikirlərə cavab verib.

 

Miq.az Axar.az-a istinadən xəbər verir ki, nazirliyin sözçüsü Tanju Bilgiç iki ölkə liderinin Türkiyəyə qarşı çıxışını xəstə təfəkkür adlandırıb:

"Bu şərhlər Yunanıstan və Ermənistan arasındakı əlaqələrin və həmrəyliyin, türk kimliyinə qarşı təxribat üzərində qurulan xəstə təfəkkürün məhsuludur. Türkiyə və türk milləti, hüquqdankənar, gerçəkliyi əks etdirməyən, qərəzli tarixi saxtakarlığı gündəmə gətirənlərə heç vaxt etibar etməyəcək”.

Xatırladaq ki, Ermənistan Prezidenti Serj Sərkisyan Yunanıstana səfəri çərçivəsində bu ölkənin Baş naziri Aleksis Çiprasla mətbuat konfransı keçirmişdi.

Yunan baş nazir "Xalqlarımızın tarixi oxşardır. Bu tarixdə ermənilər və Pont yunanları soyqırıma məruz qalıb” sözlərini işlədib. Erməni prezident də öz növbəsində qondarma soyqırımdan bəhs edərək "Bütün bunlar xalqlarımızın birləşdiyini və birləşməyə davam edəcəyini göstərir”, - deyə qeyd etmişdi.

Miq.az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az