Türkiyəyə tarixi səfər – Ərdoğanla görüşmək üçün sabah Ankaraya gəlir

Türkiyəyə tarixi səfər – Ərdoğanla görüşmək üçün sabah Ankaraya gəlir

Normallaşma addımları çərçivəsində münasibətlərin günbəgün yaxşılaşdığı Səudiyyə Ərəbistanından Türkiyəyə mühüm səfər reallaşacaq.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, Səudiyyə Ərəbistanı taxtının vəliəhdi, şahzadə Məhəmməd bin Salman sabah Ankaraya gələcək.

Körfəz, Suriya və Liviya kimi regional məsələlərlə yanaşı, ikitərəfli münasibətlər də Ankara və Ər-Riyadın gündəmində olacaq. Eləcə də energetika, neft-kimya, texnologiya, nəqliyyat, infrastruktur, səhiyyə, maliyyə xidmətləri, qida, kənd təsərrüfatı və müdafiə sənayesi sahələrində əməkdaşlıq müzakirə ediləcək.

Şahzadə səfəri çərçivəsində Türkiyə prezidenti ilə görüşəcək.

İki ölkə arasındakı münasibətlərdə normallaşma addımları 2020-ci il noyabrın 21-də telefon danışığında Prezident Rəcəb Tayyib Ərdoğanla Səudiyyə Ərəbistanı kralı Salman arasında dialoq kanallarının açıq qalması ilə bağlı razılaşma ilə başlayıb. Telefon danışığından sonra İslam Əməkdaşlıq Təşkilatının Nigerdə ​​keçirilən toplantısında hər iki ölkənin xarici işlər nazirlərinin birgə bəyanatları olub.

Prezident Ərdoğan ötən ay Səudiyyə Ərəbistanına işgüzar səfər edib.

"Ərəb baharı” prosesinə qədər müsbət gündəmi olan Türkiyə-Səudiyyə münasibətləri bundan sonra hər iki ölkənin fərqli mövqeyə keçməsi ilə gərginləşib. Jurnalist Camal Qaşıqçının Səudiyyənin İstanbuldakı konsulluğunda öldürülməsindən sonra Ər-Riyadla münasibətlər dayanıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az