Bu ölkədə ABŞ-İran müharibəsi başlaya bilər - PROQNOZ

Bu ölkədə ABŞ-İran müharibəsi başlaya bilər - PROQNOZ
ABŞ-ın Yəmən müharibəsində iştirakı əhəmiyyətli iqtisadi xeyir gətirmir və potensial olaraq, amerikalıları Səudiyyə Ərəbistanının regional rəqibi – İranla müharibəyə gətirib çıxara bilər.

Miq.az publika.az-a istinadla xəbər verir ki, bu haqda "Time" nəşri yazıb.
Materialda deyilir ki, ABŞ prezidenti Donald Trampın "Amerika hər şeydən əvvəl!" şüarı Yəmən müharibəsinin kontekstində "Səudiyyə Ərəbistanı hər şeydən əvvəl!" şüarına çevrilib. Qeyd edilir ki, ABŞ-ın müharibədə iştirakı mülki əhali arasında minlərlə qurbana gətirib çıxarıb.
"ABŞ 4 ildir Yəməndə müharibədə iştirak edən Səudiyyə güclərini dəstəkləyir. Xüsusi halda, amerikalılar koalisiya güclərinə maddi-texniki dəstək göstərir, həmçinin Səudiyyə Ərəbistanına silah satır. Satılmış silahın arasında lazer sistemi ilə təchiz edilən bombalar da var. Onlardan biri ilə Yəməndə məktəb avtobusuna hücum zamanı 40 uşaq həlak olmuşdu", - "Time" əlavə edib.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az