Ukrayna ordusu Rusiya sərhədinə yeridilir

Ukrayna ordusu Rusiya sərhədinə yeridilir
Ukrayna hərbi vəziyyət rejimi çərçivəsində Rusiya ilə sərhəddə müdafiənin gücləndirilməsi üçün hərbi bölmələrin yerdəyişməsini həyata keçirəcək.

Miq.az publika.az-a istinadən xəbər verir ki, bu haqda Ukrayna prezidenti Pyotr Poroşenko "112 Ukrayna" telekanalı ilə yayımlanan çıxışı zamanı bildirib.

Prezident həmçinin, sərhədyanı ərazilərdə hərbi təlimlərin keçiriləcəyini elan edib.
Qeyd edək ki, Ukraynanın Ali Radası noyabrın 26-da ölkənin 10 vilayətində 30 günlük hərbi vəziyyət rejiminin tətbiqi haqqında Poroşenkonun fərmanını bəyənib. Hərbi vəziyyət rejimi noyabrın 25-də Kerç boğazı ətrafında Ukrayna və Rusiya hərbi donanmalarının qarşıdurması ilə əlaqədar qəbul edilib.
Daha əvvəl Ukrayna lideri vurğulayıb ki, onlarda olan dəqiq kəşfiyyat məlumatına görə, Rusiyanın Ukrayna gəmilərinə hücumu yalnız başlanğıcdır. Poroşenko Ukrayna sərhədinin 18-ci kilometrliyində yerləşən Rusiya bazalarından 17, 24 sentyabr və oktyabrda peykdən çəkilən görüntüləri də mediaya nümayiş etdirib: "Göründüyü kimi, Ukrayna sərhədində yerləşən bazalardakı tankların sayı iki dəfə artırılıb".
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az