Ukrayna Rusiyaya qarşı yeni sanksiya tətbiq edib

Ukrayna Rusiyaya qarşı yeni sanksiya tətbiq edib

Ukrayna Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara düşən hüquqi və fiziki şəxslərin siyahısını elan edib.


Modern.az Ukrayna prezidenti Petr Poroşenkonun saytına istinadən xəbər verir ki, yeni siyahıya 756 hüquqi və 1748 fiziki şəxs daxil edilib.

Yeni siyahının ABŞ-ın tətbiq etdiyi siyahı ilə qarşılaşdırıldığı (uyğunlaşdırıldığı) bildirilir.

Yeni sanksiyalar nəticəsində məhdudlaşdırıcı tədbirlərə həmçinin, Federasiya Şurasının üzvləri və Dövlət Dumasının deputatları da daxil edilib.

Qeyd edək ki. Mayın2-dən etibarən Ukrayna ABŞ-ın ardından Rusiyaya qarşı sanksiyaları gücləndirib.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az