Ukraynada vəziyyət kəskinləşdi – Rus ordusu yeni əməliyyata başladı

Ukraynada vəziyyət kəskinləşdi – Rus ordusu yeni əməliyyata başladı

Rusiya qoşunları Slavyanska hücumu bərpa etməyə çalışırlar.

Miq.Az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

"İşğalçılar Slavyansk şəhərinə hücumun bərpasına şərait yaratmaq məqsədilə sistemli atəşlər və hücum əməliyyatları həyata keçirirlər”, - məlumatda deyilib.

Rus qüvvələrinin Xarkov istiqamətində Ukrayna ordusunun yerləşdiyi mövqeləri müəyyən etmək üçün hava kəşfiyyatı apardığı bildirilib. Ukrayna qoşunlarının Xarkov, Starıy Saltov, Rubijne və Çepil yaxınlığındakı mövqeləri intensiv artilleriya atəşinə tutulur.

Donetsk istiqamətində isə Rusiya ordusu Luqansk vilayətinə tam nəzarəti ələ keçirmək üçün səylərini Severodonetsk və Baxmut istiqamətlərinə yönəldib. Bundan başqa, Borivske və Voronove rayonlarına hücumun kəskinləşdiyi bildirilib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az