Ukraynaya inanılmaz hərbi yardım – İngiltərədən uçuşlər intensivləşdi

Ukraynaya inanılmaz hərbi yardım – İngiltərədən uçuşlər intensivləşdi

Son üç gündə İngiltərə Hərbi Hava Qüvvələrinə məxsus C-17A "Globemaster III” ağır hərbi-nəqliyyat təyyarəsi ilə Ukraynaya səkkiz uçuş həyata keçirilib.

Miq.Az xəbər verir ki, növbəti ZZ171 təyyarəsi bu gün gecə saatlarında Kiyev yaxınlığındakı Borispol aerodromuna çatıb.

İngilis təyyarələri İngiltərədəki Brayz Nortondakı hərbi hava bazasından Ukraynaya uçur.

Hər bir C-17A "Globemaster III” 77.5 tona qədər yük daşımaq gücündədir.

İngiltərə müdafiə naziri Ben Uolles bundan əvvəl ölkəsinin Ukraynanı tank əleyhinə silahlarla təmin edəcəyini açıqlayıb.

Son məlumata görə, London indiyədək Ukraynanı 1700-dən çox NLAW tipli tank əleyhinə idarəolunan raketlə təmin edib.

Bundan əlavə, yanvarın 17-də Ukraynanın "An-124” nəqliyyat təyyarəsi ABŞ-ın Hantsvil şəhərindən (Alabama) Lvova çatıb. Hantsvil yaxınlığında ABŞ ordusunun Redston Arsenalı yerləşir. Həmçinin ötən gün Ukraynanın "An-124” təyyarəsi Polşanın Rzeşov şəhərindən Kiyevə yük gətirib.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az