Uşaq Fransa PUA-sını sapandla vurdu - Ölkəsində "milli qəhrəman" elan edildi

Uşaq Fransa PUA-sını sapandla vurdu - Ölkəsində

Burkina Faso vətəndaşları Fil Dişi Sahilindən Nigerə getmək üçün ölkələrindən keçən Fransanın hərbi karvanının Kay şəhərində yolunu kəsiblər.
 
Miq.Az xəbər verir ki, fransız hərbçilərinin terrorçuları dəstəklədiyi bildirən minlərlə Kay sakini hərbi logistika karvanının önündə canlı qalxan yaradıb.
 
Keçidinə icazə verilməyən fransız hərbçiləri divarlarla əhatə olunmuş avtomobil parkına sığınıblar.
 

Olay vaxtı etirazçıların üzərindən uçaraq təpkilərə səbəb olan Fransa ordusuna məxsus pilotsuz təyyarəni sapandla vurub.
 
Yerə düşən PUA qəzəbli kütlə tərəfindən darmadağın edilib.
 
Balaca uşaq sosial şəbəkədə Burkina Fasonun "milli qəhrəman”ı elan edilib və "kiçik snayper” adlandırılıb.

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az