“UĞUR SƏNİN OVCUNDADIR”-Səxavət Məmmədov nəslinin davamçısı

“UĞUR SƏNİN OVCUNDADIR”-Səxavət Məmmədov nəslinin davamçısı

Bir balaca oğlan var... Özü Ağdamda yaşamasa da, amma Ağdam kimi bərəkətli musiqisi olan bir torpağın övladıdır. Bu balaca oğlan kamaça ifaçısıdır. Yaşının az olmasına baxmayaraq olduqca istedadlıdır. Görünüşü kimi ifası da məlahətlidir. 

Haqqında danışdığım bu işıqlı insan Əmirxan Məmmədovdur. Əmirxanın bu istedadı təsadüfi deyil. Çünki o, səsi hələ də neçə-neçə könüllərdə yaşayan mərhum xanəndə Səxavət Məmmədov nəslinin davamçısıdır.

Bəzən arzular insanı çox uzaq mənzillərə aparır... O mənzilə çatmaq üçün kimisi asan yolda addımlayır, kimisi də çətin yolla gedir... Bunu isə biz yox, yaşadığımız ömür seçir. Əmirxan böyüyəndə həm də polis olmaq istəyir. Aha, burda səbr edək: polis kimi ciddi sənət və kamança kimi kövrək bir musiqi alətinin ifaçısı olmaq. Bu iki sənəti seçmək insanı lap labrintə salır. Gəl ki, o qədər güclü düşüncən olsun ki, Əmirxanın istəyini öz ürəyində analiz edə biləsən. Düşünürəm ki, özündən böyük istedadı olan Əmirxan bu iki sənəti birləşdirməklə görünüşü kimi məlahətli bir ömür yaşamaq istəyir. Sərtliyə bir mülayimlik də qatmaq istəyir... Onu da qeyd edim ki, zərifliklə ciddiliyi birləşdirmək hər adamın hünəri deyil.

Əmirxana baxanda hərdən elə düşünürəm ki, Əmirxan uğura tərəf getmir, elə uğur özü bu balaca istedada "salam” deyir. Doğrudur,istedad irsi olsa da,bacarıq Əmrixanın öz həvəsidir. Əlbəttə, zəhmət bəhrəsiz qalmır. Balaca Əmirxanın zəhmətinin bəhrəsi beynəlxaq musiqi müsabiqədində 2-ci yerə layiq görülməsi idi. 

İnsan gələcəyin ətəyinddən yapışsa, istədiyi bütün qalibiyyət onun ovcunda olar.Yetər ki, bu uğur üçün hansısa bir addım atılsın.O addımda məqsəd olsun, inam olsun və ən əsas sevgi olsun. Sevgi ilə görülən hər iş gözəldir. Əmirxan da kamanı sevə- sevə dilləndirir. Kiçik yaşlarından böyük uğurlar əldə edən balaca Əmirxanı bu əzmlə,bu istedadla, bu bacarıqla və bu zəhmətlə hələ çox uğur gözləyir...

Mən bu uğura çox sevinirəm.. Öz adıma sevinirəm... İncəsənət adına sevinirəm... İstedad adına sevinirəm... Ağdam adına sevinirəm... 
                            
Əntiqə Kərimzadə

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az