Vardanın 9 yaşlı azərbaycanlı QIZLA bağlı ETİRAFI-Şuşa türməsində "məhkəmə"

Vardanın 9 yaşlı azərbaycanlı QIZLA bağlı ETİRAFI-Şuşa türməsində

Ötən əsrin 70-ci illərində Şuşa türməsinin uşaq "kolonu”na 14 yaşlı Vardanı gətirirlər. Vardan Ağdərə rayonundandır. Hündürboy, cüssəli, qaraşın və qıvrımsaçlı biridir. Yaşından böyük görünən erməni gəncin vahiməli üzünə içəridəki azərbaycanlı dustaqlar qürzə baxışları ilə baxır. Səbəb Vardanı türməyə gətirən cinayət əməlidir. O, 9 yaşlı  azərbaycanlı qız uşağını zorlayıb. Hadisə Ağdərə rayonun Manik kəndi yaxınlığındakı kənd örüşündə baş verib. Erməni məhbus küncə qədər gedib lap küncdə qərarlaşır. Hələki kimsə ondan heç nə soruşmur. Hər kəs Nizaminin reaksiyasını gözləyir. O isə hələ ki, dillənmir... 

Nizaminin 15 yaşı var, Ağdam şəhərindəndir. Söyüş üstə bir nəfərə dörd bıçaq vurub. Cəzasının bitməsinə 4 il qalan ağdamlı gənc uşaq "kolonu”nda vəziyyətə baxır. Yəni onun icazəsi  olmadan kimsə kiməsə heç nə edə bilməz. Bir az keçdikdən sonra Nizami dustaqları başına toplayıb yerində uzanan Vardanı da ora çağırır. O hər kəsin önündə Vardana sual verir: 
-Necə elədin bu işi? 
-İnanın, içkili idim. Quzuya gedəndə evdən oğurladığım bir butulka tut arağını oğurlayıb örüşdə içdim. Sonra da o qızı gördüm. Mən onu edəndə piyan idim. 
-Həəə... deməli bir butulka araq içib eləmisən – deyib,  Teyyubun üzünə baxıb ondan bir butulka dolu su və bir stəkan gətirməsini tələb edir. Teyyub su dolu butulkanı və boş stəkanı gətirib Nizamiyə verir. O suyu sanki araq süzürmüş kimi az-az dolduraraq Teyyuba içirdir. Sonra Vardana tərəf dönüb "bax Teyyub da sən içdiyin qədər araq içib və çox keflidir". İndi isə sən şalvarını soyun. Nə baş verdiyini anlayan erməninin canına qorxu düşür. O şalvarını soyunmaqdan imtina edir.
 
Bunu görün Nizami qəzəblə: -Soyundurun bu oğraşı – deyib, bağırır. Vardanın şalvarını çıxarıb onu yerə yıxırlar. Və... sonrası məlum məsələdir. Teyyubdan sonra butulka ilə də "tanış olan” dığaya öz şalvarını yox qırmızı don geydirib buraxırlar...

O vaxtın Şuşa türməsi o qədər də şəraitli yer olmayıb. Nizami bütün dustaqlara tapşırır ki, Vardan nə qədər ki, oradadır o əl-üzünü hamıdan sonra çirkli su tökülən qabda yuyacaq. Bundan başqa bütün yeməklərini türmənin tualetində yeyəcək. 

Vardanın qurbanına çevrilən 9 yaşlı qızcığaz hadisədən sonra dəli olmuş üç ay sonra isə vəfat etmişdi. 

Tovuzda Nərminin başına gətirilən vəhşət nədənsə mənə həmin hadisəni xatırlatdı. Bir vətəndaş kimi bu vəhşiliyi törədən manyakın kimiliyi haqqında xeyli düşündüm. Şəxsiyyəti bir kənara qoyaq, mən həmin əclafın milliyyətinə belə şübhə edirəm... Çünki bir uşağa bu qədər amansız davranan kəs adam ola bilməz. Olsa-olsa ondan erməni olar... Yəqin ki, gerisini siz təsəvvür elədiniz.

Elgün Gəncimsoy




İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az