Venesuela müxalifətinin lideri özünü prezident vəzifələrinin icraçısı elan etdi

Venesuela müxalifətinin lideri özünü prezident vəzifələrinin icraçısı elan etdi

Venesuela parlamentinin spikeri və müxalifət lideri Xuan Quaido özünü prezident vəzifələrinin icraçısı elan edib.

Bu barədə Quaido müxalifətin mitinqinə bəyan edib: "Mən rəsmi olaraq Venesuela prezidentinin səlahiyyətlərini icra etməyə and içirəm".

ABŞ prezidenti Donald Tramp da, öz növbəsində, Quaidonu Venesuelanın müvəqqəti prezidenti olaraq tanıdığını bəyan edib.

Bu barədə Ağ Evin Twitter səhifəsi məlumat yayıb.

Qeyd edək ki, ötən axşamdan başlayaraq Venesuelanın müxtəlif şəhərlərində prezident Nikolas Maduroya qarşı kütləvi aksiyalara start verilib. İnsanlar Maduronu istefaya çağırırlar.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az