“Vəziyyət qaydasına düşəndən sonra…” - Trampın Putinlə görüşmək istəyi

“Vəziyyət qaydasına düşəndən sonra…” - Trampın Putinlə görüşmək istəyi
ABŞ Prezidenti Donald Tramp Azov dənizində yaranmış gərginlik başa çatdıqdan sonra rusiyalı həmkarı Vlarimir Putinlə görüşmək niyyətindədir.

Liderlərin "G20” sammiti çərçivəsində görüşün təxirə salınmasından sonra Vaşinqtondan Trampın Putinlə görüşmək istəyi ilə bağlı xəbərlər gəlir.
Teleqraf.com xəbər verir ki, bu barədə TASS agentiliyi məlumat yayıb.
Məlumata görə, Amerika prezidenti Rusiya hərbçilərinin Azov dənizində Ukrayna gəmilərini atəşə tutmasına görə Putinlə görüşməkdən imtina edib:
"Rusiya gərginliyi aradan qaldırmaq üçün saxladığı Ukrayna gəmilərini sərbəst buraxmadı. Prezident Trampın da dediyi kimi, vəziyyət qaydasına düşdükdən sonra görüş baş tutacaq”.
Bundan əvvəl Rusiya prezidentinin köməkçisi Yuri Uşakov Donald Trampın görüşdən imtina etməsinin Vladimir Putini narahat etmədiyini, lakin peşimanlığa səbəb olduğunu açıqlamışdı.
O, təhlükəsizlik sahəsi də daxil olmaqla, ABŞ və Rusiya arasında bir sıra vacib məsələlərinin müzakirə edilməsinin vacibliyinə toxunmuşdu. Uşakov rəsmi Moskvanın Vaşinqtonla müzakirələri davam etdirməyə hazır olduğunu demişdi.
Qeyd edək ki, Donald Tramp "G20” sammitində iştirak etmək üçün Argentinaya getməzdən əvvəl Tvitter hesabında, Azov dənizindəki olayla əlaqədar Vladimir Putinlə görüşdən imtina etdiyini açıqlayıb. Lakin buna baxmayaraq, sammit çərçivəsində iki lider arasında qısa da olsa, ayaqüstü söhbət baş tutub.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az