Vilayət Eyvazov polkovnik-leytenantı rəis müavini təyin etdi - ƏMR

Vilayət Eyvazov polkovnik-leytenantı rəis müavini təyin etdi - ƏMR

Daxili İşlər orqanlarında kadr dəyişikliyi olub.

Bununla bağlı daxili işlər naziri Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Kəlbəcər Rayon Polis Şöbəsinin xidmət üzrə rəis müavini polis polkovnik-leytenantı Rübai Valehov vəzifəsindən azad edilib və Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinə rəis müavini təyin edilib.

Qeyd edək ki, daha əvvəl Gəncə şəhəri Nizami Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini vəzifəsində çalışmış polis polkovnik-leytenantı İrza Nağıyev Gəncə Beynəlxalq Hava Limanında Xətt Polis Şöbəsinin rəisi təyin olunmuşdu.(oxu.az)

Miq.Az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az