Virtual pulların qiyməti düşür

Virtual pulların qiyməti düşür
Dünyanın ən populyar kriptovalyutası olan bitkoinin qiyməti ucuzlaşmaqda davam edir.

Trend-in məlumatına görə, bitkoin 7,2 min dolar ətrafında alınıb satılır.
Belə ki, "CoinMarketCap” portalının məlumatlarına əsasən, bitkoinin qiyməti 1,56% ucuzlaşaraq 7,2 min dollar təşkil edib.
Alternativ kriptovalyutaların qiymətində də bu gün ucuzlaşma qeydə alınıb. Belə ki, "Ethereum” 8,68% və ya 534 dollaradək, "Ripple”3,43% (0,584 dollara qədər), "Bitcoin Cash” isə 5,56% (935,63 dollaradək) ucuzlaşıb.
Kriptovalyuta bazarının kapitallaşması hazırda 311,583 milyard dollar təşkil edir və bunun 39 faizi bitkoinin payına düşür.
 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az