Vüsalə Mahirqızı Palatanı “VURDU”: “Bu boyda həngamə...”

Vüsalə Mahirqızı Palatanı “VURDU”: “Bu boyda həngamə...”

"APA Holding”in rəhbəri Vüsalə Mahirqızı Maliyyə Bazarlarına Nəzarət Palatasının yaratdığı bürokrativ əngəllərdən şikayətlənib.


Miq.az xəbər verir ki, V. Mahirqızı "facebook” səhifəsində bu barədə yazıb: "Qəribə vəziyyət yaranıb. APA-nın London müxbirini Strasburqa ezam eləyirik. Müxbirə ezamiyyə xərcləri üçün pul köçürmək istəyirik. Müqavilə hazırlanıb, bütün xərclər göstərilib, müxbir elektron imzasını vurub, bank bizim hesabımızdan müxbirin hesabına pulu köçürə bilmir. Çünki yalnız müxbirin bank hesabına onun əmək haqqını köçürmə etmək olar. Əlavə xərclərin ödənməsi üçün müxbirə biznes kart açmalıyıq, biz də burda öz hesabımıza bağlı biznes hesab yaratmalıyıq, o hesabdan biznes karta pul köçürməliyik. Kartı da müxbir özü şəxsən gəlib almalıdır, müxbir də Londondadı, getməlidir ezamiyyətə. Siz Allah, bu boyda həngamə nəyi dəyişir axı? Öz şirkətimizin vəsaitini bu şirkətin əməkdaşına göndəririk, cəmi 550 euro vəsaitdən söhbət gedir. Maliyyə Bazarlarına Nəzarət Palatası bu mürəkkəbləşdirmə ilə nəyə nail olmaq istəyir? Vəsait axınının qarşısını almağa, güclü nəzarətə? Biznes inkişafında başlıca amillərdən biri operativlik və sadəlikdir bu gün. Bəzən saniyələrə görə milyonlar itirmək olur. Bu şirkətin mühasibi və HR-ı, bankın da bir əməkdaşı iki gündür 550 euronu köçürmək üçün vaxt itirir, saatlarını sərf edir, əsəb gedir, vaxt gedir, işçi nəticəsiz işə iş vaxtını sərf edir, həmin müddətdə başqa bir müştəri gözləyir, onun vaxtı gedir, biznesi pul itirir, bizim əməkdaşın görməli olduğu iş qalır, verəcəyi hesablar yubanır, biz pul itiririk. Bürokratiya sahibkarlığın, biznesin düşmənidir. Eləməyin, vallah, eləməyin!”.

 
Miq.az


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az