“WhatsApp” istifadəçiləri TƏHLÜKƏDƏ - DİQQƏTLİ OLUN!

“WhatsApp” istifadəçiləri TƏHLÜKƏDƏ - DİQQƏTLİ OLUN!

"WhatsApp” istifadəçilərinə viruslu mesajlar gəlməyə başlayıb.

 Türkiyə mediasına istinadən verilən məlumata görə, mənbəyi bilinməyən viruslu mesajlar hazırda xarici istifadəçilər arasında yayılıb. Mesajda "WhatsApp”ın yeniləndiyi haqda məlumat verilsə də, göndərilən linkə tıklayan zaman heç bir səhifə açılmır. Lakin telefon həmin an virusa yoluxur.

Virus şəxsi məlumatların oğurlanması, eləcə də internet meqabaytlarının normadan çox istifadə olunmasına səbəb olur. Bu səbəblə, oxşar mesajlar sizə də göndərilibsə, linkə daxil olmayın. Yox, artıq daxil olmusunuzsa, o zaman telefonunuzu format edin.

Hazırda virusun konkret hansı ölkələrdə yayıldığı və neçə nəfər insanın bundan zərər gördüyü barədə məlumat yoxdur.

Did you find apk for android? You can find new Free Android Games and apps.

Miq.Az



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az