AzNews.az xəbər verir ki, bunu xalq artisti Brilliant Dadaşova mərhum duet ortağı olan Anar Nağılbazın vaxtsız ölümündən danışarkən deyib. O, bildirib ki, rep sənətini Azərbaycana ilk olaraq Anar Nağılbaz gətirib:

"Rep və estrada musiqilərini də sən bəstələdin. Çoxları oxuma desə də mən çox bəyəndim və səninlə birlikdə bir neçə musiqi ifa etdim. Sən istedadlı insan idin. Başına gələnlər mənə maraqlı deyildi. Çünki axmaq insanların iyrənc əməllərinin nəticəsi məni maraqlandıra bilməz. Heyif ki, fitnə-fəsad sənin taleyini və müqəddəratını həll etdi”.

Xatırladaq ki, xalq artisti Brillinat Dadaşova mərhum rep ifaçısı Anar Nağılbazla "Mən səni sevirəm” və "Gecələr” adlı duet ifa edib.

Miq.az