Xalq artisti "Hollivud" restoranını ifşa etdi: "Xalqı aldadıb, fırıldaq edirlər"

Xalq artisti
Xalq artisti Aygün Kazımova Bakının dəbdəbəli restoranlarından olan "Hollivud"u ifaş edib.
 
İfaçı bu haqda sosial şəbəkədə paylaşım edib. Aygün Kazımova yazıb ki restoran rəhbərliyi onun adından istifadə edib, 31 dekabr günü orda olacağını reklam edir: "Bir neçə gündür ki, "Hollivud" restoranının efirə gedən reklamlarında mənim də adım hallanır. Buradan bir daha qeyd edirəm ki, 31 dekabr günü mən "Hollivud"da olmayacam, səhnəyə çıxmayacam. Bu restoranı işlədənlər sizə və mənə qarşı oyun oynayırlar. Onlar məndən istifadə etdilər, heç olmasa siz aldanmayın".
 
AZXEBER.COM-un restoranın rəhbərlərindən olan İlqar adlı şəxslə əlaqə saxlayıb və o faktı təsdiqləyib. Həmin şəxs bildirib ki, böyük ehtimalla 31 dekabr günü "Hollivud" restoranında tədbir baş tutmayacaq, buna səbəb biletlərin satılmaması olub. Adıçəkilən şəxs Aygün Kazımovanın paylaşımından da xəbərdar olduğunu deyib.
 
Qeyd edək ki, restoran rəhbərliyi televiziya reklamına böyük pullar xərcləsə də, vətəndaşlar bilet almayıblar.  
 
Miq.az
loading...



İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
infomiqaz@gmail.com

www.miq.az