Xalq artisti Muxtar Maniyev vəfat etdi

  Xalq artisti Muxtar Maniyev vəfat etdi
Xalq artisti Muxtar Maniyev vəfat edib.

Miq.az   xəbər verir ki, bu barədə APA-ya C.Cabbarlı adına "Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov məlumat verib. 

Xalq artisti şəkərli diabetdən əziyyət çəkirdi. 2015-ci il avqustun 11-də aktyorun sol ayağı, bu ilin martın 15-də isə sağ ayağı Elmi Cərrahiyyə Mərkəzində amputasiya edilib.

Xalq artistinin həyat yoldaşı Nəsibə Maniyeva bildirib ki, M.Maniyev dekbarın 22-də, səhərə yaxın dünyasını dəyişib:

"Son vaxtlar çox zəifləmişdi. Səhərə yaxın yuxudan qalxdı, narahat olduğunu dedi. Elə bunu dedi, ikicə dəqiqə keçmədi, qəfildən gözlərini yumdu. Nəşini Təzəpir məscidinə aparıblar. Dəfnin harada olacağını hələ bilmirik. Yəqin ki, bir saata vida mərasiminin yeri də, dəfn yeri də dəqiqləşər”. 

Qeyd edək ki, M.Maniyev 1935-ci ildə Bakıda anadan olub. O, 150-dən çox Azərbaycan filmində müxtəlif dərəcəli rollar oynayıb.
 
Miq.az  


İSTİFADƏ QAYDALARI

Müəllif hüquqları qorunur.
Məlumatdan istifadə etdikdə istinad mütləqdir.
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.

BİZİMLƏ ƏLAQƏ

Tel: +994 55 875 56 58
[email protected]

www.miq.az